bp sosial sərmayə layihə çərçivəsində Daniel J. Fiorinonun "Təmiz enerjiyə keçid: Aşağı karbonlu dünya üçün siyasətlər və strategiyalar" kitabının Azərbaycan dilində nəşrinə dəstək göstərib.
Renewables şirkətə istinadən xəbər verir ki, kitabda bərpa olunan enerji, elektrikləşdirmə, enerji səmərəliliyi və dekarbonizasiya strategiyaları kimi mövzular yer alır.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycanda təhsilin inkişafına və bilik mübadiləsinə dəstək şirkətin sosial təşəbbüslərinin əsas istiqamətlərindən biridir.
