Naxçıvan MR-nin Culfa Günəş-Külək Hibrid Elektrik Stansiyasında (HES) istifadəyə verildiyi tarixdən cari ilin iyun ayının sonuna qədər 7 milyon 904 min kVts elektrik enerjisi istehsal olunub.
"Naxçıvan Enerji" MMC-dən Renewables.az-a verilən məlumata görə, cari ilin birinci yarımilində stansiyada 675 min kVts elektrik enerjisi istehsal olunub.
Culfa HES-in istehsal etdiyi elektrik enerjisinin illər üzrə göstəricisi:
- 2025-ci il (yanvar-iyun): 675 min kVts;
- 2024-cü il: 1,733 milyon kVts;
- 2023-cü il: 1,810 milyon kVts;
- 2022-ci il: 1,761 milyon kVts;
- 2021-ci il (iyun-dekabr): 1,755 milyon kVts.
Qeyd edək ki, cari ilin birinci yarımilində (yanvar-iyun) muxtar respublikada alternativ və bərpa olunan enerji istehsalı ümumi elektrik enerjisi istehsalının 49 faizini təşkil edib.
Xatırladaq ki, ümumi gücü 1,1 MVt olan Külək-Günəş Hibrid Elektrik Stansiyası 2021-ci ilin iyun ayının 18-də Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar əkinə yararsız sahədə istismara verilib. Stansiyada il ərzində 1,6 milyon kVts elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.