Azərbaycan və Rusiya enerji əməkdaşlığının aktual məsələləri müzakirə edilib

27 Oktyabr 2026, 10:31 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Energetika Nazirliyi

Energetika naziri Pərviz Şahbazov Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində Rusiya Federasiyasının energetika naziri Sergey Tsivilyovla görüşüb.

Renewables.Az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə GECF çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Rusiya enerji əməkdaşlığının gündəliyindəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Renewables.az
1 / 1