Bilirsiniz ki, ölkəmizdə enerji keçidi kifayət qədər uğurla baş verir.
Renewables xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibəsində deyib.
"Belə ki, xarici investorların sərmayələri hesabına artıq inşa edilmiş və fəaliyyətdə olan iki böyük enerji stansiyası mövcuddur. Bunlar "Masdar" şirkəti tərəfindən tikilmiş 230 meqavatlıq Günəş və "ACWA Power" tərəfindən tikilmiş 240 meqavat gücündə olan külək elektrik stansiyalarıdır. İşğaldan azad olunmuş ərazilərdə hazırda bp, SOCAR və digər sərmayədarların iştirakı ilə "Şəfəq" layihəsi də həyata keçirilir. Bu layihələr ölkədaxili enerji təchizatına töhfə verməklə yanaşı, indiyə qədər elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazın emal həcmini azaldır və beləliklə, ölkənin ixrac imkanlarını genişləndirir. Onu da qeyd etmək istəyirəm ki, biz gələcəkdə Azərbaycanı yalnız enerji istehsalçısı kimi deyil, həm də bir enerji habı, yəni enerji qovşağı kimi görürük. Burada söhbət yalnız yaşıl enerjidən getmir, neft və qaz infrastrukturu da daxil olmaqla, ənənəvi enerji növləri üzrə də bu gün artıq real layihələr həyata keçirilir", - nazir müsahibəsində qeyd edib.
