Pərviz Şahbazov: "Zəngəzur üzərindən elektrik bağlantısı Türkiyənin regional enerji habı rolunu gücləndirəcək"

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Zəngəzur üzərindən keçəcək yeni elektrik bağlantısının Xəzər regionunun enerji resurslarını Ermənistan üzərindən Naxçıvan vasitəsilə Türkiyəyə çatdırılacaq və bu layihələr Türkiyənin regional enerji habı rolunu daha da gücləndirəcək. 

Renewables Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi" çərçivəsində keçirilən "Dəyişən Qlobal Mənzərədə Enerji Təhlükəsizliyi: Bağlantılar və Əməkdaşlıq" mövzusunda nazirlər sessiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Özbəkistanın Çinlə enerji əlaqələrini nəzərdə tutan layihələri fonunda gələcəkdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən Çinlə Avropa arasında yeni enerji bağlantılarının formalaşmasının Avrasiyanın enerji arxitekturasını dəyişdirəcək.



OXŞAR XƏBƏRLƏR