Təmiz Enerji Mərkəzi İƏT ölkələri üçün bərpa olunan enerjiyə dair model qanun hazırlayır

7 sentyabr 2026, 19:11 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Aysel Yaqubova | © Baku Climate Action Week

Bakıda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) İƏT məkanında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində milli qanunvericilik aktları toplusunu hazırlayır.

Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu "CECECO"nun icraçı direktoru Aysel Yaqubova "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

"Bu təşəbbüsün məqsədi - siyasət hazırlayanların, investisiya ictimaiyyəti nümayəndələrinin, qanunvericilərin və alimlərin öz peşəkar fəaliyyətləri çərçivəsində müraciət edə biləcəkləri vahid məlumat resursu formalaşdırmaqla, region dövlətlərinin qüvvədə olan hüquq normalarını bir araya gətirməkdir. Bunun əsasında biz həmçinin İƏT-ə üzv ölkələr üçün nəzərdə tutulan bərpa olunan energetika və enerji səmərəliliyi haqqında model qanun hazırlamaq niyyətindəyik.

Təbii ki, dövlətlər könüllülük əsasında bu sahədə qabaqcıl ölkələrin ən yaxşı təcrübələrini mənimsəmək və zərurət yarandıqda öz milli qanunvericiliyini bu model qanuna uyğunlaşdırmaq imkanı əldə edəcəklər", - deyə o vurğulayıb.