Tokio hava limanında günəş fotovoltaik stansiyası tikiləcək

14 mart 2023, 11:41 (UTC+4)
GÜNƏŞ
EDITOR
image
Yaponiyanın qaz tədarükçüsü "Tokyo Gas" Tokionun Narita Beynəlxalq Hava Limanında 180 MVt gücündə günəş elektrik stansiyası tikməyi planlaşdırdığını açıqlayıb. "Renewables.az" "pv-magazine" saytına istinadən xəbər verir ki, stansiya 200 hektar ərazidə tikiləcək. Artıq panellərin quraşdırılacağı ərazi müəyyən olunub. Bildirilib ki, ilk 75 MVt 2030-cu ilin sonuna qədər, qalan 105 MVt isə 2045-ci ilin sonunadək istismara veriləcək. Stansiya Narita hava limanının ümumi enerji tələbatının təxminən 40 faizini ödəyə biləcək.

OXŞAR XƏBƏRLƏR