Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin veb-saytı istifadəyə verilib

18 mart 2022, 16:23 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin veb-saytı ictimaiyyətin istifadəsinə verilib. Bu barədə "Berpaolunanenerji.az" Agentliyə istinadən xəbər verir. Müasir dizaynda hazırlanmış veb-saytda Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində həyata keçirilən layihələr, görüşlər, seminarlar, beynəlxalq əməkdaşlıq əlaqələri, elanlar, günəş kalkulyatoru, bundan başqa, yaşıl enerji növləri barədə ətraflı məlumat mövcuddur. Veb-saytda həmçinin Azərbaycanın bərpa olunan enerji statistikası ilə bağlı infoqrafikalar da öz əksini tapır. Veb-saytda mütəmadi olaraq ölkəmizdə, eləcə də, dünyada bərpa olunan enerji sahəsində baş verən yeniliklərlə bağlı məlumatlar paylaşılacaqdır. Veb-sayta aşağıdakı link vasitəsilə keçid edə bilərsiniz: https://area.gov.az/az

OXŞAR XƏBƏRLƏR